Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı məktəbliləri ilə Şanlı Zəfər tariximizdə imzası olan döyüşçülərin görüşləri davam etdirilir

0

  •          Xocalı rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına
    uyğun olaraq Zəfər Günü münasibətilə rayonumuzda fəaliyyət göstərən idarə, müəssisə,
    təşkilatlarda, təhsil və mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilir. Zəfər
    Günü münasibətilə xalqımızın 44 günlük müharibədə qazandığı şanlı qələbəninin
    şagirdlər tərəfindən daha dərindən öyrənilməsi məqsədilə Vətən Müharibəsi iştirakçılarının Xocalı
    məktəbliləri ilə görüşləri təşkil edilir.

    Noyabr ayının 1-də Xocalı rayon İcra Hakimiyyəti Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid
    ailələri ilə işin təşkili şöbəsinin təşkilatçılığı ilə Xocalı rayon Xankəndi şəhər
    Natiq Şahmuradov adına 6 mömrəli Kərkicahan qəsəbə tam orta məktəbinin, Xocalı
    rayon Kosalar, Yaloba və Başkənd kənd tam orta məktəblərinin şagirdləri ilə Vətən
    Müharibəsi iştirakçılarının görüşü keçirilmişdir.

    Tədbir işrirakçıları
    məktəblilərin məskunlaşdıqları ərazilərdə ucaldılmış Xocalı soyqırımı abidələrini,
    həmçinin Gəncə şəhərində ermənilərin atdığı raketlər nəticəsində dağıdılmış
    yaşayış yerini ziyarət edərək şəhid olan mülki insanların xatirə lövhəsinin
    önünə qərənfillər düzdülər. 

     Məktəblilərlə görüşlər zamanı əvvəlcə
    torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin
    ruhu bir dəqiqəlik sükutla yad edildi.

    Tədbirdə iştirak edən Xocalı rayon İcra Hakimiyyəti
    Aparatında Vətən müharibəsi
    iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar
    Quliyev, Vətən Müharibəsi iştirakçıları, Xocalı rayon İHB-nın Kosalar kənd
    İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev, Xocalı rayon İcra Hakimiyyəti yanında
    İctimai Şuranın sədri Qalib Quliyev, məktəb rəhbərlikləri çıxış edərək Müzəffər
    Ordumuzun xilaskar missiyasından danışdılar. Çıxışlarda düşmən üzərində əldə
    etdiyimiz qələbədə arxa cəbhəmizin fədakarlıqlarından, xalqımızın ordumuza
    verdiyi dəstəkdən danışıldı. Qeyd edildi ki, Ali Baş Komandanımızın “dəmir
    yumruğ”u, Ordumuzun qüdrəti, xalqımızın həmrəyliyi sayəsində haqq savaşımızda düşmənə
    layiqli dərs verilərək diz çökdürüldü.

    “Cəsur döyüşçü” medalı ilə təltif edilmiş qazimiz İmran
    Rəcəbovun öz döyüş yolundan söhbəti şagirdlərin vətənpərvərlik ruhunu yüksəltdi.
    Talış və Suqovuşan uğrunda gedən döyüşlərin cəngavəri hələ 2017-ci ildə üç erməni
    quldurunu necə cəhənnəmə vasil etməsi hadisəsini danışarkən şagirdlərimiz böyük
    maraqla dinlədilər.

    Məktəb şagirdləri Vətən Müharibəsini tərənnüm edən
    çəkdikləri rəsm əsərlərini, Üçrəngli Bayrağımızı əllərində saxlayaraq döyüşçülərimizi,
    qazilərimizi dinlədilər. Şagirdlər səhnəciklər nümayiş etdirərək, vətənpərvər
    ruhda yazılmış şeirlər səsləndirərək tədbir iştirakçılarının qələbə əhval-ruhiyyəsini
    daha da artırdılar.   

    Görüşlərin sonunda məktəblilər Vətən Müharibəsi
    iştirakçıları ilə xatirə şəkilləri çəkdirdilər. Görüş xoş təəssüratlarla
    yekunlaşdı.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib66 dəfə
    Xocalı məktəbliləri ilə Şanlı Zəfər tariximizdə imzası olan döyüşçülərin görüşləri davam etdirilir

    Maraqlı gələ bilər
    65
    95
    102